Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi
06 İyn 2025 23:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Nazirlikdən news365.az-a verilən məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.


Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib


Sizin reklam burada
Sizin reklam burada