Almaniya kansleri Fridrix Merz bildirib ki, Almaniya, Britaniya, Fransa və ABŞ Ukraynaya Rusiyanın istənilən yerində hərbi hədəflərə hücum etmək üçün Qərb silahlarından istifadə etməyə icazə verib. Forbes yazır ki, bu, Ukrayna ərazisindən kənarda hücumlara dair uzun müddətdir mövcud olan tabunu rəsmən aradan qaldırır.
Eyni zamanda ekspertlər xəbərdarlıq ediblər ki, Kiyev 2023-2024-cü illərdə əldə etdiyi uzaqmənzilli raket ehtiyatlarının əhəmiyyətli hissəsini artıq tükəndirib. Əlavə çatdırılma məsələsi isə açıq qalır.
Ukrayna Silahlı Qüvvələrinə istifadəyə verilən əsas uzun mənzilli sistemlər arasında Fransa-Britaniya istehsalı olan SCALP-EG/Storm Shadow qanadlı raketləri, həmçinin HIMARS və M270 buraxılış qurğularından buraxılan Amerika ATACMS-ləri göstərmək olar. 2024-cü ilin payızında bu raketlər Kremldən gələn nüvə təhlükələrinə baxmayaraq, artıq Rusiyadakı hədəflərə qarşı istifadə edilirdi.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural