KİV: Əş-Şəraa Moskvaya səfəri zamanı Bəşşar Əsədin təhvil verilməsini tələb edəcək

KİV: Əş-Şəraa Moskvaya səfəri zamanı Bəşşar Əsədin təhvil verilməsini tələb edəcək
19:00

Suriya lideri Əhməd Əş-Şəraa Moskvaya səfəri zamanı keçmiş prezident Bəşşar Əsədin təhvil verilməsini tələb etmək niyyətindədir.

Bu barədə News365.az-a Yaxın Şərq KİV-inə istinadən məlumat verib.

"Əş-Şəraa keçmiş prezidentin Suriya xalqına qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməsinə nail olmaq niyyətindədir", - mənbə qeyd edir.

Məlumata görə, o, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki vəziyyəti, ölkələr arasında ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə edəcək.

Rusiyadakı Suriya diasporunun nümayəndələri ilə görüşməyi planlaşdıran Əş-Şəraa ölkənin Moskvadakı səfirliyini ziyarət etməyəcək.


Sizin reklam burada
Sizin reklam burada