Amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinsonu ölüm cəzası gözləyir.
News365.az xəbər verir ki, bunu Yuta ştatının prokuroru Ceff Qrey keçirdiyi mətbuat konfransında bildirib.
"Çarli Kirk başqaları üçün yüksək ölüm riski yaradan şəraitdə qəsdən və bilərəkdən öldürülüb", - Qrey deyib.
Prokuror həmçinin Kirkin qatilinə ölüm cəzası tələbi barədə bildiriş təqdim etdiyini bildirib. O, Robinsonu ağır odlu silah ittihamı ilə mühakimə edib.
Onun sözlərinə görə, ölüm cəzası tələbi olduğu üçün Robinson girov müqabilində azadlığa buraxıla bilməz.