Nazilər
Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin
ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əmək
haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı
olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşlarımızın
aylıq tarif (vəzifə) maaşları artırılıb.
Məsələ ilə
bağlı News365.az –a danışan Millət vəkili
Vüqar Bayramov deyib ki, son qərara əsasən,
dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün
yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345
manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433
manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata,
6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə
458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497
manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538
manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584
manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632
manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833
manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək
artırılıb:
“Göründüyü
kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın
maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı
artımlarının həyata keçirilməsi VTC-də pillər arası maaş fərqlərini də xeyili dərəcədə
azaldılıb.
Yeni qərarla
400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əmək
haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən Nazirlər
Kabineti də həmin vətəndaşlarımızın əmək haqqlarının artırılması ilə bağlı qərar
verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız
artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar”.