Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiyaya “təzyiq” göstərə biləcəyi təqdirdə, 2025-ci ildə münaqişəyə son qoymaq şansının olduğunu deyib. O, bu barədə Polşa mətbuatına müsahibəsində bildirib.
Jurnalistlərin Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq şansının olub-olmaması ilə bağlı sualına Zelenski müsbət cavab verib.
“Tramp həqiqətən müharibəni bitirmək istəyir... O, Rusiyaya təzyiq göstərə bilir. Əminəm ki, Rusiya Amerika və Çindən qorxur... Tramp Rusiyanı dayandıra bilər. Biz ABŞ lideri ilə razılaşmalıyıq ki, Ukrayna üçün konkret təhlükəsizlik təminatları var və o, Putini bu müharibəni bitirmək üçün diplomatiya ilə məşğul olmağa məcbur etməlidir”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural