Rusiyanın paytaxt məktəblərindən birində müəllim işləyən şəxs şagirdlərin ekskursiyası adı ilə valideynlərdən pul toplayıb. O bu pulu xərcləyib. Bu barədə Lenta.ru Rusiya Daxili İşlər Nazirliyinin paytaxtın Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd edilib ki, müəllim insidentdən sonra işdən çıxdı.
"Polisin məlumatına görə, 37 yaşlı sinif rəhbəri Rusiya şəhərlərindən birinə ekskursiya üçün valideynlərdən 990 rubl alıb. Kişi səfəri bir neçə dəfə təxirə salıb, sonra işdən uzaqlaşdığı üçün bir daha valieynlərlə əlaqə saxlamayıb. Valideynlər nə pulu, nə də səfəri görüblər... Keçmiş müəllimə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb",- nəşr yazıb.
Moskva Təhsil və Elm Departamentinin mətbuat xidməti də qalmaqallı hadisəyə münasibət bildirib. Qeyd edilib ki, müəllim məktəb direktorunun tapşırıqlarını pozaraq hərəkət edib. Müəllimlərə hər hansı səfər üçün vəsait toplamaq qadağan olunubmuş.
Tural