Amerika Birləşmiş Ştatları və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi bölgə üçün nə vəd edir?
Mövzu ilə bağlı Millət vəkili Samir Vəliyev News365.az-a öz fikirlərini bildirib.
“Ermənistan hazırda ikili, hətta çoxvektorlu oyun oynayır. Bu baxımdan, regionda sabitlik və sülhün təmin olunması istiqamətində səsləndirdiyi fikirlərin nə qədər yanıltıcı və yanlış olduğu açıq şəkildə görünür.”
Millət vəkili onu da qeyd edib ki, Qərbin Cənubi Qafqazda mövcudluğu, sülh sazişinin imzalanmasına maneə törədir:
"Qərbin Cənubi Qafqazda mövcudluğu, mənim fikrimcə, ilk növbədə sülh müqaviləsinin imzalanmasına və Cənubi Qafqazda sülhün bərqərar olmasına ciddi maneə törədir. Nəzərə alaq ki, Ermənistanın hərbi bazalarının gücləndirilməsində, yəni Ermənistanın hərbi potensialının artırılmasında Avropa İttifaqının və ona üzv olan ölkələrin rolu kifayət qədər böyükdür. Bu da öz növbəsində bölgədə gərginliyə səbəb olur."