Alimlər Arktikada təhlükəli virusların oyanması barədə xəbərdarlıq ediblər

Alimlər Arktikada təhlükəli virusların oyanması barədə xəbərdarlıq ediblər
17:05

Prinston Universitetinin alimləri Qrenlandiya və Alyaska ərazilərində yaşı 30.000 ilə qədər olan və əbədi buzlaqlar ərazisində qalmış 100-dən çox potensial aktiv virus növü müəyyən ediblər. Araşdırmanın nəticələri Nature Microbiology jurnalında dərc olunub.

Amerikalı tədqiqatçılar Alyaska və Qrenlandiyada əbədi buzlaqların ətraflı təhlilini aparıblar. Donmuş torpaqlarda canlı virus hissəcikləri aşkar edilib. Alimlər həmçinin müəyyən ediblər ki, qlobal istiləşmənin təsiri ilə təhlükəli patogenlər tədricən əbədi buzlağın dərinliklərindən səthə çıxır.

Prinston Universitetinin Arktika Tədqiqat İnstitutunun aparıcı virusoloqu Karl Ronalds qeyd edib ki, temperatur yüksəldikcə bu viruslar müasir ekosistemlərə əhəmiyyətli təsir göstərə bilərlər. Xüsusilə narahatlıq doğuran fakt odur ki, aşkar edilmiş patogenlərin təxminən 15%-i məməliləri, o cümlədən insanları yoluxdura bilir. Bu kəşf virusların növlər arası ötürülməsi ilə bağlı narahatlıqları artırır.

Tural