Ermənistanın avtomobil qəzasında ölən deputatı bu gün dəfn edilib. Bu barədə "Aysor" nəşri məlumat yayıb.
"Bu gün yol qəzasında ölən parlamentin "Hayastan" fraksiyasının deputatı Mher Saakyan ilə Kond şəhərindəki Surb Hovhannes kilsəsində vida mərasimi keçirilib. O, "Daşnaksütyun" partiyasının üzvü olub. Saakyan yanvarın 13-də vəfat edib. Onun avtomobili İrəvan-Mehri yolunun Tiqranaşen döngəsində 350-400 metrlik dərəyə yuvarlanıb", - sayt yazıb.
Qeyd edilib ki, Mher Saakyanın xatirəsinə Milli Assambleyanın iclas zalının qarşısında xatirə kitabı açılıb. Dəfn zamanı deputatın tabutunun üzərinə daşnakların bayrağının sərilməsi də diqqət çəkib.
Saakyan 2022-ci il dekabrın 10-da Ermənistan Milli Assambleyasına deputat seçilib.
Tural