Poroşenko 2 milyonluq gödəkçəsinə görə tənqid olundu

Poroşenko 2 milyonluq gödəkçəsinə görə tənqid olundu
13:45

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko növbəti dəfə xarici KİV-in gündəminə gəlib. O, təxminən 2 milyon rubl dəyərində olan gödəkcə geyinərək ictimaiyyət qarşısına çıxıb. Bu barədə Lenta.ru nəşri  Valentin Qladkixə istinadən məlumat yayıb.


Pyotr Poroşenko özünün video çəkilişi üçün İtaliyanın lüks brendi olan Loro Piana-dan xəz yaxalı, vikunya yunundan hazırlanmış tünd göy rəngli gödəkçə alaraq geyinib. Brendin rəsmi saytında həmin geyimin qiyməti 18.400 avrodur (1.952.000 rubldan çox-red.). Qladkixin sözlərinə görə, siyasətçi sosial tədbirlər üçün tez-tez dəbdəbəli brendləri, o cümlədən İtaliyanın Brunello Cucinelli şirkətini seçir. Ukraynalılar ki, sosial emdiada müharibə aparan bir ölkənin eks- prezidentinin belə israfçılıq etməsini qınayırlar.

Tural