Ötən il meteoroloji müşahidələr tarixində ən isti il olub

Ötən il meteoroloji müşahidələr tarixində ən isti il olub
16:09

Ötən il bütün meteoroloji müşahidələr tarixində ən isti il ​​olub. Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin direktoru Roman Vilfand bildirib. Onun sözlərini “İzvestiya” sitat gətirib.

"İndi tam əminliklə deyə bilərik ki, ötən il instrumental müşahidələrin bütün tarixində ən isti il ​​olub",- o, qeyd edib.

Vilfandın sözlərinə görə, 2024-cü il istiliklə bağlı digər məqamlara görə də tarixdə qalacaq: "Planetdə ən isti tarix 22 iyul 2024-cü ildə orta gündəlik temperaturun 17,16 dərəcəyə çatdığı tarix olub. Moskvada orta illik temperatur müsbət səkkiz dərəcə idi".

Tural