Keniyada etirazlarda ölənlərin sayı 31-ə çatdı

Keniyada etirazlarda ölənlərin sayı 31-ə çatdı
09 İyl 2025 10:36

Keniyada hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı 31-ə, yaralıların sayı isə 107-yə yüksəlib.

News365.az xəbər verir ki, bu barədə Keniya Milli İnsan Haqları Komissiyası məlumat yayıb.

Məlumata görə, etirazçılar prezident Uilyam Rutonun istefasını, iqtisadi islahatlar və polis zorakılığına son verilməsini tələb edirlər.

BMT təhlükəsizlik qüvvələrinin həddindən artıq güc tətbiq etməsindən narahatlığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada