Səhhətində yaranmış problem ilə əlaqədar “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
News365.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə sosial media hesabında paylaşım edib. O, bildirib ki, aparılmış müayinələrin nəticələrinə əsasən ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Hazırda xəstəxana şəraitində müalicəsinə başlanılıb.