Kəbənin dörd bir yanı göydələnlərlə əhatələnəcək! Şahzadə Salman’dan qalmaqallı Məkkə layihəsi

Kəbənin dörd bir yanı göydələnlərlə əhatələnəcək! Şahzadə Salman’dan qalmaqallı Məkkə layihəsi
13:25

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən Məkkədə həyata keçiriləcək “King Salman Gate” (Kral Salman Qapısı) adlı yeni layihə böyük mübahisələrə səbəb olub.

Layihəyə əsasən, Kəbənin ətrafı 12 milyon kvadratmetrlik nəhəng tikinti sahəsinə çevriləcək. Məscidül-Həramın bitişiyində planlaşdırılan bu layihə lüks otellər, ticarət mərkəzləri, yaşayış binaları və mədəniyyət obyektlərindən ibarət olacaq.

Layihə tamamlandıqda 900 min nəfərin ibadət edə bilməsi üçün şərait yaradılması, həmçinin 19 min kvadratmetrlik ərazinin bərpası nəzərdə tutulur. Eyni zamanda, tikinti prosesi zamanı 300 min nəfərin işlə təmin ediləcəyi bildirilir.

Səudiyyə rəhbərliyi layihəni müdafiə edərək, Məkkənin “müasir şəhərə” çevriləcəyini, Məscidül-Hərama girişin asanlaşacağını və xidmət keyfiyyətinin artacağını iddia edir.

Lakin layihənin təqdimat şəkillərində Kəbənin ətrafının lüks binalar və göydələnlərlə əhatələnməsi, müqəddəs məkanın vizual olaraq bu tikililərin içində itməsi sosial şəbəkələrdə böyük narazılıq yaradıb.

Bir çox istifadəçi layihəni “Kəbənin qəlbinə sancılan xəncər” adlandırıb və müqəddəs torpaqların mənəvi mühitinin pozulacağı barədə narahatlıqlarını bildirib.

Bəzi şərhlərdə isə yüksək binaların və parıltılı tikililərin hacı və ümrə ziyarətçilərinin diqqətini yayındıracağı qeyd olunub:

“Ümrəyə getsəm başımı qaldıra bilmərəm. Kutsal məkanla bağlanmaq əvəzinə, hər kəs şəkil çəkəcək."

Layihəyə Türkiyədən də reaksiya gəlib. Bir türk sosial media istifadəçisi paylaşımı belə şərh edib:

>“Adamlar ibadət yerini turizm bölgəsinə çeviriblər. Budur, yeni dünya düzəninin mərkəzi — Ərəbistan.”



Sizin reklam burada
Sizin reklam burada