Xəbər verdiyimiz kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciət edib. Müraciətdə bildirilir ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir:
“Eyni
zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət
və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı
operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.
Dəfələrlə
edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd
olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti
tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin
nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə
POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə
nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə
hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3
000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə
sanksiyaları tətbiq olunur.
Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır”.
Mövzu ilə bağlı
News365.az–a danışan iqtisadçı
ekspert Eldəniz Əmirov bildirib ki,
kartdan karta pul köçürmək qadağan deyil:
“ Qadağan
olan başqa haldır. Yəni “Elektron ticarət haqqında” Qanun kartdan karta pul
göndərməyi qadağan etmir. Qanun istehlakçıların elektron ödəniş etmək imkanı ilə
təmin edilməməyi qadağan edir. Başqa sözlə, POS-terminalların müştəriyə təqdim
edilməməsini qadağan edir. Cərimə olaraq da 1-ci dəfə 1 000 man, 2-ci dəfə 3
000 man, 3-cü dəfə və daha çox olanda 6 000 man müəyyən edilir.
Ümumiyyətlə
isə belə hallar hədsiz çoxalıb və buna görə də operativ vergi nəzarəti tədbirlərinin
gücləndirlməsinə ehtiyac vardır.
Həm də
Respublikamızın elə əraziləri var ki, həmin ərazilərdə bu cür hallar digər ərazilərdən
daha çoxdur. Bölgələr arasında belə kəskin fərqin olmasının səbəbinin özü də
bir ayrıca araşdırmalı sualdır”.
News365.az