Kansler Rusiyanın Ukraynaya kütləvi aviazərbələrini pislədi

Kansler Rusiyanın Ukraynaya kütləvi aviazərbələrini pislədi
11 İyn 2025 09:55

Almaniya kansleri Fridrix Merz Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi son kütləvi zərbələrdən narazılığını bildirib. Onun sözlərini Welt sitat gətirib.

Merz iddia edib ki, Rusiya ciddi hərbi cinayətlər törədir.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri “qəsdən və amansızcasına” hərəkət edir və bu, Ukraynanın Rusiyanın strateji aerodromlarına olduqca dəqiq zərbələr endirməsinə “proporsional cavab” sayılmır.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.

Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada