Kanalda meyit tapılıb

Kanalda meyit tapılıb
08 İyl 2025 21:30

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

News365.az xəbər verir ki, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırmaya başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada