Pençe-Kilit əməliyyatında şəhid olan əsgər Bitlisdə dəfn edilib.
News365.az xəbər verir ki, İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində metan qazından zəhərlənərək şəhid olan Piyadə Müqaviləli Ər Celattin Uyanık bu gün doğulduğu Bitlisin Mutki rayonunda son mənzilə yola salınıb.
Türkiyə Silahlı Qüvvələrində 4 ildir xidmət edən şəhid üçün günorta saatlarında vida mərasimi təşkil olunub.