Gəncədə yol qəzası baş verib - 1 nəfər xəsarət alıb

Gəncədə yol qəzası baş verib - 1 nəfər xəsarət alıb
08 İyl 2025 16:40

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əziz Əliyev prospektində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada