Beynəlxalq
Cinayət Məhkəməsi Taliban liderləri barəsində həbs qərarı çıxarıb.
News365.az xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin saytında bildirilib.
Məlumata görə, Taliban Ali Rəhbəri Heybətullah Axundzadə və Ali Məhkəmənin sədri Əbdül Hakim Həqqani bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.
Sözügedən Taliban rəsmiləri qadınlara qarşı təzyiq göstərməkdə, Əfqanıstan xalqının fundamental hüquq və azadlıqlarını pozmaqda, onları təqib etməkdə, eləcə də bir sıra digər cinayətlərdə günahlandırılır ki, bunlara işgəncə, adamqaçırma, həbs, qətl və təcavüz daxildir.
Qeyd
edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyətə gəlib.