Türkiyədə bələdiyyə rəsmisi 110 min avro ilə yaxalanıb.
News365.az xəbər verir ki, Antalyanın Manavqat rayonunda CHP-li bələdiyyədə rüşvət istintaqı genişlənib.
Məlumata görə, bələdiyyə sədrinin müavini Həsən Tüterin 110 min avro alarkən kameralara düşüb.
O, pulu qəbul etdiyini etiraf etsə də, bunun rüşvət deyil, “komissiya” olduğunu deyib.
Hazırda iş üzrə saxlanılanların sayı 41 nəfərə çatıb.