PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq - KİV

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq - KİV
17:46

İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

    Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.

    PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.

    Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.

    Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.



    Sizin reklam burada
    Sizin reklam burada