Husilər “MAGIC SEAS” gəmisini batırıb.
News365.az xəbər verir ki, Yəməndəki Husi qruplaşması Qırmızı dənizdə “MAGIC SEAS” adlı yük gəmisini hədəfə alaraq batırıb.
Məlumata görə, hücum bir neçə mərhələdən ibarət olub: əvvəlcə pilotsuz uçuş aparatı (PUA) ilə gəmiyə zərbə endirilib. Ardınca Husi silahlıları gəmiyə çıxaraq onu ələ keçiriblər. Son olaraq isə gəmi minalanaraq boşaldılıb və partladılıb.
Hadisə bölgədə gəmilərin təhlükəsizliyinə dair narahatlıqları artırıb.