Suni intellekdən istifadə edilərək Rubionun səsi ilə diplomatlara zəng edilib

Suni intellekdən istifadə edilərək Rubionun səsi ilə diplomatlara zəng edilib
08 İyl 2025 19:15

Naməlum şəxs süni intellektdən istifadə edərək ABŞ Dövlət katibi Marko Rubionun səsi ilə yerli və xarici diplomatlara zəng vurub.

News365.az “Reuters“ə istinadən xəbər verir ki, sözügedən şəxs üç ölkənin xarici işlər nazirinə və iki ABŞ siyasətçisinə Marko Rubionun səsi ilə zəng edib.

Bildirilib ki, telefon zənglərində məqsəd həssas sayılan informasiya əldə etmək olub.

Hadisə iyun ayının ortalarında baş verib.

Dövlət Departamenti məsələyə münasibət bildirməyib.

Buna baxmayaraq, iyul ayının 3-də Dövlət Departamenti bütün diplomatik və konsulluq postlarına saxta hesablar və dələduzlar barədə xəbərdarlıq edib.


Sizin reklam burada
Sizin reklam burada