Rabitə mərkəzində yanğın - 22 nəfər xəsarət aldı

Rabitə mərkəzində yanğın - 22 nəfər xəsarət aldı
11:00

Misirin paytaxtı Qahirədə yerləşən Ramses Mərkəzi rabitə binasında baş verən yanğın nəticəsində 22 nəfər xəsarət alıb, ölkənin telekommunikasiya və internet infrastrukturu sıradan çıxıb.

News365.az xəbər verir ki, bu barədə MENA agentliyi məlumat yayıb. 

Məlumata görə, Səhiyyə Nazirliyi ilkin olaraq 14 yaralının olduğunu açıqlasa da, nazirlik sözçüsü Hussam Abdulqaffar sonradan bu sayın 22-yə çatdığını bildirib. Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Misir Telekommunikasiya Şirkəti təhlükəsizliyi təmin etmək məqsədilə binanın elektrik enerjisinin tam kəsildiyini və hadisənin qısa müddətdə nəzarətə alındığını bildirib.

Yanğının səbəbi araşdırılır. Ölkədə rabitə və internet xidmətlərində geniş miqyaslı fasilələryaranıb.


Sizin reklam burada
Sizin reklam burada