Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir

Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir
15:18

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır.

News365.az xəbər verir ki, bu müddət sabah tamamlanır.

Qanunvericiliyə əsasən, Baş prokuror beş il müddətinə təyin olunur. Hazırda Kamran Əliyevin səlahiyyətlərinin uzadılması və ya yeni namizədin irəli sürülməsi ilə bağlı qərar gözlənilir. Yaxın günlərdə bu məsələ ilə bağlı Prezident tərəfindən Milli Məclisə təqdimat göndəriləcək. Təqdimat parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Kamran Əliyev rəhbərlik dövrü prokurorluq orqanlarında islahatlar və müsbət tendensiyalarla yadda qalıb. Bu baxımdan onun növbəti müddətə də Baş prokuror vəzifəsində qalacağı ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kamran Əliyev 2020-ci ilin 1 may tarixindən ölkənin Baş prokurorudur.



Sizin reklam burada
Sizin reklam burada