Həkimlərdən qəhrəmanlıq: Kəlləsi parçalanan adamı xilas etdilər

Həkimlərdən qəhrəmanlıq: Kəlləsi parçalanan adamı xilas etdilər
27 May 2025 10:42

Rusiyada həkimlər növbəti dəfə qəhrəmanlıq göstəriblər. Serov Şəhər Xəstəxanasının cərrahları mürəkkəb əməliyyat keçirərək yol qəzasından sonra kəllə sümüyü ağır şəkildə çatlamış şəxsi xilas ediblər. Bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

35 yaşlı Serov sakini şam qozaları toplamaq üçün ailəsi ilə birlikdə dağlara doğru maşın sürərkən özünü pis hiss edib və maşın aşıb. Sərnişinlərin hamısı təhlükəsizlik kəməri taxıb və adi sıyrıntılarla xilas olub. Lakin sürücü başını möhkəm şəkildə zədələyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"Mən onun kəllə sümüyünün Kompüter Tomoqrafiyası çəkilişlərinini görəndə bütün səylər dərhal bu adamı xilas etməyə yönəldi. Həyatımda ilk dəfə bütün şöbəyə qışqırdım və dedim: "Əməliyyat qrupunu təcili əməliyyat otağına toplayın!" O an beynimdə yalnız bir fikir var idi: mən çox istəyirdim ki, oğulu sağ-salamat anasına qaytarım”, - travmatoloq Baxriddin Dostiyev bildirib.

Cərrahlar geniş qanaxmanı dayandıra biliblər və xəstənin sınmış kəlləsini yenidən bir yerə "yığa biliblər”. Əməliyyatdan sonra kişi reanimasiyada olub və vəziyyəti stabilləşəndən sonra ona növbəti cərrahi müdaxilə edilib. Xəstə planlı şəkildə kəllə sümüyünün bir hissəsinin titan lövhə ilə dəyişdirilməsi prosesindən keçəcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada