Yunanıstanda jurnalistlər tətib ediblər.
News365.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, Yunanıstanda Mətbuat İşçiləri Assosiasiyasının (ESHEA) çağırışından sonra bütün mətbuat nümayəndələri 24 saatlıq tətil elan ediblər.
Mətbuat mənsubları birgə bəyanatlarında kollektiv əmək müqavilələrinin yenilənməsi üçün danışıqlara başlanılması, mətbuatda minimum başlanğıc maaşın 1250 avro olması, maaşların minimum 10 faiz artırılması, şəhərdənkənar təyinatlar üçün müavinətlərin artırılması, təbii fəlakətlərə görə ödənilən gündəlik əlavə 250 avro kimi tələblərini ifadə ediblər.