İsrail tərəfi dörd girovun meyitini aldığını açıqlayıb

İsrail tərəfi dörd girovun meyitini aldığını açıqlayıb
13 Okt 2025 22:45

İsrail ordusu Qəzza sektorunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları vasitəsilə dörd girovun meyitini alıb.

News365.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilərin meyitləri tanıma prosedurlarının həyata keçirilməsi üçün İsrail ərazisinə aparılır.

Hazırda onların adları açıqlanmır.


Sizin reklam burada
Sizin reklam burada