İsrail Ordusu HƏMAS üzərində tam qələbə əldə olunana qədər Qəzza zolağında döyüş əməliyyatlarını dayandırmayacaq.
News365.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, ordu bölgədə missiyasını tam yerinə yetirənə qədər geri çəkilməyəcək.