İsrail gözlənilmədən təlimlərə başladı

İsrail gözlənilmədən təlimlərə başladı
09 Fev 2025 20:45

İsrail Ordusunun Mərkəzi Hərbi Dairəsinin terror təhdidlərinə qarşı planlaşdırılmamış təlimləri start götürüb.


News365.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.


Təlimlər Ordunun Baş Qərargah rəisi Herzi Halevinin əmri ilə başlayıb.


Manevrlərdə son döyüş əməliyyatları zamanı əldə edilmiş təcrübə nəzərə alınacaq.


Təlimlər Baş Qərargahın Əməliyyat İdarəsinin rəhbərliyi altında İordan çayının Qərb sahilində, İordan vadisində, Ölü dənizdə və Colan yüksəkliklərində keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada