İşlədikləri şirkətin 180 minini mənimsədilər

İşlədikləri şirkətin 180 minini mənimsədilər
15:35

“Saloğlu Kommersiya” MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.

News365.az-ın məlumatına görə, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar.

İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb. 

Gülşən Xəlfəyeva və Nicat Həbibov həbs edilib, M.Məmmədov isə polis nəzarətindədir. 

İlkin istintaq müddətində zərərçəkmiş şirkətə dəymiş ziyandan 30 min manatı G.Xəlfəyeva və M.Məmmədov tərəfindən ödənilib. 

Hazırda toplanmış sübutlar baxılması üçün məhkəməyə göndərilib.


Sizin reklam burada
Sizin reklam burada