"Süni intellekt mediada risk yaradır, etik qaydalar zəruridir"- Ekspertdən Xəbdarlıq

"Süni intellekt mediada risk yaradır, etik qaydalar zəruridir"- Ekspertdən Xəbdarlıq
13:44

Süni intellekt (AI) texnologiyasının mediaya nəzarətsiz şəkildə inteqrasiyası həm rahatlıq, həm də ciddi risklər yaradır.

Bu barədə News365.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Həsənov bildirib.

Onun sözlərinə görə, AI xəbərlərin hazırlanmasında sürətli və effektiv olsa da, saxta məlumatların, manipulyativ videoların və "deepfake" materialların sürətlə yayılmasına imkan yaradır. “AI ilə bir şəxsin səsi və ya görüntüsü asanlıqla təqlid edilə bilər. Bu da saxta məlumatların bir neçə dəqiqəyə yüz minlərlə insana çatmasına gətirib çıxarır. İnsanlar bunun həqiqi olub-olmadığını ayırd edə bilmir, cəmiyyətdə çaşqınlıq yaranır, media etibarı zədələnir”, – deyə ekspert vurğulayıb.

Həsənov qeyd edib ki, süni intellektin xəbərləri avtomatik hazırlaması məsuliyyət məsələsini zəiflədir: jurnalistlər məlumatı yoxlayır və etik prinsiplərə riayət edir, amma AI sadəcə verilənləri emal edir və nəticə çıxarır, bu da yanlış və qərəzli informasiyanın ötürülməsi riskini artırır.

Ekspertin tövsiyələrinə görə, AI-dən istifadədə bir neçə əsas prinsipə əməl edilməlidir:

  1. Şəffaflıq: AI tərəfindən hazırlanmış material açıq şəkildə göstərilməli, oxucu və tamaşaçı mənbəni düzgün qiymətləndirə bilməlidir.

  2. Fakt yoxlaması: İnsanlar tərəfindən əlavə yoxlama aparılmalı, manipulyasiya və "deepfake" aşkarlayan texnoloji vasitələrdən istifadə olunmalıdır.

  3. Təlimlər: Media işçiləri AI-nin imkanları və saxtalaşdırma üsulları barədə məlumatlandırılmalı, riskləri idarə etmə bacarığı artırılmalıdır.

  4. Etik qaydalar: Hər xəbəri avtomatik hazırlamaq olmaz; bəzi mövzular mütləq insan nəzarətində olmalıdır.

Elvin Həsənov vurğulayıb ki, bu tədbirlər olmadan süni intellektdən istifadə media üçün təhlükəli ola bilər və ictimaiyyətin düzgün məlumat almasına maneçilik törədə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada