"İş yerində psixoloji təzyiqlərlə bağlı qanunvericilikdə boşluqlar var"- Hüquqşünas

"İş yerində psixoloji təzyiqlərlə bağlı qanunvericilikdə boşluqlar var"- Hüquqşünas
23 Yan 2025 14:55

"Hazırda mövcud əmək qanunvericiliyində psixoloji sağlamlıq və iş yerində psixoloji təzyiqlərlə bağlı məsələlər yetərincə əksini tapmayıb. Qanunvericilik əsasən əmək mühafizəsi, zərərli iş şəraitində çalışan işçilərin mütəmadi tibbi müayinədən keçirilməsi kimi fiziki sağlamlıq məsələlərini tənzimləyir."

Hüquqşünas Aytac Qurbanova bunu News365.az-a açıqlamasında deyib. 

"Lakin iş yerində stressin və psixoloji təzyiqlərin qarşısının alınması üçün xüsusi hüquqi mexanizmlərin mövcud olmaması bu sahədə ciddi boşluqlar yaradır. Bu boşluqlar işçilərin psixoloji təhlükəsizliyinin təmin edilməsinə maneə törədir və onların rifahına birbaşa təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, iş mühitində psixoloji sağlamlığın qorunması üçün müvafiq qanunvericilik aktlarının qəbuluna ehtiyac var. İşçilərin psixoloji rifahının təmin olunması həm onların məhsuldarlığına, həm də ümumi iş mühitinin sağlamlaşdırılmasına töhfə verə bilər."

 News365.az


Sizin reklam burada
Sizin reklam burada