İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb

İrəvanda partlayış baş verib, 4 nəfər yaralanıb
19:30

Bu gün İrəvan şəhərinin Ayasa küçəsində yerləşən tikiş sexində partlayış baş verib.

News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası Milli Böhran İdarəetmə Mərkəzinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə dəstəsi göndərilib.

Fəaliyyətsiz sexin birinci mərtəbəsindəki otaqlardan birində hələ müəyyən edilməmiş səbəblərdən partlayışın baş verdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada