Məhəmməd Bağer Qalibaf yenidən İran parlamentinin sədri seçilib.
News365.az xəbər verir ki, Qalibaf çərşənbə axşamı keçirilən səsvermə zamanı 272 səsdən 219-nu qazanıb.
Məhəmməd Bağer Qalibaf 2020-ci ildən İran parlamentinin sədridir. O, 2005-2017-ci illərdə Tehranın meri vəzifəsində çalışıb.
Qalibaf 2000-2005-ci illərdə İranın polis rəisi və 1997-2000-ci illərdə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı olub.