Omanda nüvə proqramı üzrə birbaşa olmayan növbəti ABŞ-İran danışıqları çətin, lakin tərəflərin mövqelərini anlamaq üçün faydalı idi.
News365.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai X-də yazıb.
"İran və ABŞ arasında birbaşa olmayan danışıqların dördüncü raundu tamamlandı. Bir-birinin mövqelərini daha yaxşı başa düşmək və fikir ayrılıqlarını həll etmək üçün ağlabatan və real yollar tapmaq üçün çətin, lakin faydalı danışıqlar oldu", - o qeyd edib.
Qeyd edək ki, Omanda İran-ABŞ nüvə danışıqlarının dördüncü raundu başa çatıb.