İranda tələbə avtobusu TIR-la toqquşub, ölənlər və xəsarət alanlar var

İranda tələbə avtobusu TIR-la toqquşub, ölənlər və xəsarət alanlar var
13:58

İranda tələbələri daşıyan avtobusun uğradığı yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb.

News365.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi sentyabrın 30-da Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.

Bildirilib ki, tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb. Məlumata görə, hadisə nəticəsində 20 və 25 yaşlarında iki qadın ölüb.

İnformasiyaya əsasən, avtobusda ümumilikdə 11 qadın olub.

Hadisənin səbəbi araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada