İrana qarşı əməliyyatın başlamasından bəri yaralanan israillilərin sayı açıqlandı

İrana qarşı əməliyyatın başlamasından bəri yaralanan israillilərin sayı açıqlandı
09:13

Fevralın 28-də İrana qarşı başlayan "Şir nəriltisi" əməliyyatının başlanğıcından bəri İsraildə 6 088 insan xəstəxanalara yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 110 nəfər hazırda stasionar müalicə alır. Nazirlikdən əlavə ediblər ki, bir yaralının vəziyyəti kritik, 16 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada