İran XİN: Danışıqlarda maneələr qalmaqdadır

İran XİN: Danışıqlarda maneələr qalmaqdadır
14:55

ABŞ ilə danışıqlarda razılaşma üçün irəliləyiş var, amma maneələr də qalmaqdadır.

News365.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə bildirib.

Sədi Xətibzadə ABŞ ilə aparılan danışıqların növbəti raundunun tarixinin hələ ki müəyyən edilmədiyini vurğulayıb.

Onun sözlərinə görə, çərçivə sazişi üzrə razılıq əldə olunmadan konkret tarix təyin etmək mümkün deyil və razılaşma əldə edilən kimi bu barədə məlumat veriləcək.

Bununla yanaşı, XİN rəhbərinin müavini danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğu qeyd etsə də, ABŞ-ın maksimalist mövqeyinin yekun razılaşmaya mane olduğunu diqqətə çatdırıb.

“İran beynəlxalq hüquqdan kənar hər hansı xüsusi statusu qəbul etməyəcək və üzərinə götürdüyü bütün öhdəlikləri məhz beynəlxalq qaydalar çərçivəsində yerinə yetirəcək”, - o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada