Hatəmi xüsusilə bu ilin iyununda sionist rejim və ABŞ ilə bağlı baş vermiş 12 günlük müharibəni İran üçün önəmli təcrübə adlandırıb. O qeyd edib ki, münaqişə zamanı düşmən qabaqcıl texnologiyaları siyasi, media, təhlükəsizlik və kəşfiyyat əməliyyatları ilə birləşdirərək hibrid müharibə aparıb.
“Bu təcrübə bizə yeni müdafiə və qarşı tədbir modelləri formalaşdırmağa imkan verdi,” — deyə Hatəmi vurğulayıb və əlavə edib ki, əldə olunan dərslər düşmənə qarşı daha effektli cavab tədbirlərinin və ağır sanksiyaların tətbiqinə zəmin yaradır.
İclasda region təhlükəsizliyi ilə bağlı risklər və İranın gələcək strateji addımları müzakirə edilib. Hatəmi parlament üzvlərini regiondakı vəziyyəti yaxından izləməyə və lazım olan tədbirlərin görülməsinə çağırıb.