İran şahının ABŞ-dakı oğlu Rza Pəhləvi növbəti dəfə İran xalqına müraciətb edib.
News365.az-ın məlumatına görə, Rza Pəhləvi sosial şəbəkələr üzərindən etdiyi müraciətdə “dünya sizin igidliyinizi, səsinizi nəinki görüb eşitdi, hətta hərəkətə keçdi” deyib:
“ABŞ Prezidentinin mesajını yəqin ki, eşitmisiniz. Kömək yoldadır.
İndiyə qədər etdiyiniz kimi mübarizəni davam etdirin.
Bu rejimə həyatın normal olduğu illüziyası yaratmağa imkan verməyin.
Bütün qırğınlardan sonra bu rejimlə aramızda qan dənizi var.
Bütün bu cinayətkarların adlarını qoruyun. Onlar etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Amma Ordu üzvlərinə də xüsusi mesajım var.
Siz İranın milli hərbiçisisiz, İslam Respublikasının hərbiçisi yox.
Sizin öz soydaşlarınızın həyatını qorumaq borcunuz var.
Çox vaxtınız yoxdur. Mümkün qədər tez onlara qoşulun”.