İran Prezidenti partlayış olan limana getdi

İran Prezidenti partlayış olan limana getdi
27 Apr 2025 15:29

Bu gün İran Prezidenti Məsud Pezeşkian Bəndər Abbas şəhərinə səfər edib.

 Məsud Pezeşkian partlayış baş verən Şəhid Rəcai Limanına gedəcək, limanda aparılan xilasetmə işləri ilə tanış olacaq.

Qeyd edək ki, son məlumata görə, aprelin 26-da yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb, 1139 nəfər yaralanıb.


Sizin reklam burada
Sizin reklam burada