“İranın tarixini bilənlər bilir ki, İran təhdid dilinə yaxşı cavab vermir”, - deyən Xamneyi İsrailin böyük səhv etdiyini və buna görə cəzalandırılacağını bildirib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı hədələyib və deyib ki, İrana hər hansı bir müdaxilə “düzəldilməz nəticələrə” səbəb olacaq.
"Amerikalılar bilməlidirlər ki, İran xalqı təslim olmayacaq. ABŞ-ın hər hansı müdaxiləsi güclü cavab və düzəlməz zərərlə nəticələnəcək", - Xamenei deyib.
Tramp daha əvvəl demişdi ki, İran “şərtsiz təslim olmalıdır” və İranla bağlı “atəşkəsdən daha daimi həll yolu tapılmalıdır”. Xamneyinin açıqlamaları bu sözlərə cavab idi.
Xamneyi sözlərini davam etdirərək, "Müharibə müharibə ilə qarşılaşacaq, bombardmanla bomba, hücumla hücum olacaq. İran heç bir tələb və diktəyə boyun əyməyəcək" deyib.
“İranın tarixini bilənlər bilir ki, İran təhdid dilinə yaxşı cavab vermir”, - deyən Xamneyi İsrailin böyük səhv etdiyini və buna görə cəzalandırılacağını bildirib.