Nikol Paşinyan özünü türk hesab edir?

Nikol Paşinyan özünü türk hesab edir?
21:47

Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi hərarət yüksəlir. Məlumdur ki, qarşıdan gələn parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hərəkatın qalib gələcəyi şəksizdir. Bunu müxalifət də yaxşı bilir. Ona görə də müxalifət gözlənilən məğlubiyyətin acısını çıxmaq üçün Paşinyanı təhqir etməkdən belə çəkinmirlər.

 News365.az xəbər verir ki, parıamentdə çıxışı zamanı Geğam Manukyan deyib ki, Milli Assambleyanın tribunasında çıxəşı zamanı şahid olduq ki, ona satqın deyəndə də incimir:

“Eşitmişik ki, Nikol Paşinyana türk deyəndə özünü təhqir olunmuş hiss etmir”.

Təbii ki, cavab gecikməyib.

Nikol Paşinyan Geğam Manukyanın fikirlərinə münasibət bildirərkən qeyd edib ki, mən demədim özümü təhqir olunmuş hiss etmirəm, mən dedim ki, qorxmuram:

“Bunlar fərqli anlayışlardır. Türk sözünə gəldikdə isə mən özümü təhqir olunmuş hiss etmirəm. Hesab edirəm ki, adama türk deyəndə özünü təhqir olunmuş hiss etməsin. Çünki eyni şeydi. Necə ki, erməni, alman, isveçli.Niyə özünü təhqir olunmuş hiss etməlidir?"

"Erməni soyqrımı haqqında yazan türk tarixçiləri də var. Heç olmasa, o insanlara  hörmətiniz varmı? Başqa mövqeyi, nöqteyi-nəzəri olanlaf da var”,-deyə Paşinyan qeyd edib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada