Tramp yenə İranı hədələdi, Hərbi əməliyyatlar yenidən başlaya bilər

Tramp yenə İranı hədələdi, Hərbi əməliyyatlar yenidən başlaya bilər
10 Apr 2026 22:40

ABŞ-ın prezidenti İranla bağlı yeni sərt bəyanatlar verib. 

News365.az xəbər verir ki,  İran tərəfinin Hörmüz boğazı ilə bağlı yayılan məlumatlara münasibətini “yalan xəbər” adlandırıb və belə iddiaları döyüşdən daha yaxşı yaydıqlarını bildirib.

Trump qeyd edib ki, İran ökumətinin Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq edəcəyi barədə məlumatlar şayiədir.

O, həmçinin vurğulayıb ki, İran danışıqlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, hərbi əməliyyatlar yenidən başlaya bilər. 

Trampın sözlərinə görə, İranın “heç bir ciddi kartı yoxdur” və beynəlxalq su yollarını bağlamaq cəhdləri yalnız qısamüddətli təzyiq vasitəsidir.

Tramp əlavə edib ki, İranın hazırda mövcudluğunu qoruyub saxlamasının əsas səbəbi diplomatik danışıqlardır.


Sizin reklam burada
Sizin reklam burada