İran hava məkanını qismən açdı

İran hava məkanını qismən açdı
11:55

İran hava məkanını mülki aviasiya üçün qismən açıb.

News365.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin hava dispetçer xidmətlərindəki mənbə məlumat verib.

Bildirilir ki, hələlik yalnız ölkənin şərq hissəsində uçuşlara icazə verilib. 

“İranın hava məkanının şərq hissəsində iş adi rejimdə bərpa olunub, qərb hissəsi bağlı olaraq qalır”, - agentliyin həmsöhbəti hakimiyyət orqanlarının müvafiq qərarına istinadən bildirib. 

Bununla belə, uçuşlar üçün bir neçə şərt qüvvədədir. Bunlara təyyarənin İranın hava məkanına daxil olmasından beş dəqiqə əvvəl identifikasiya edilməsi zərurəti, həmçinin ölkənin hava məkanından çıxmazdan beş dəqiqə əvvəl qonşu ölkənin dispetçerləri ilə əlaqə qurması tələbi daxildir. 

Məlumata görə, bu qayda aprelin 25-i səhər saatlarınadək qüvvədə olacaq.    

Xatırladaq ki, İranın hava məkanı fevralın 28-də ABŞ və İsrailin bu ölkəyə zərbələr endirməsindən sonra bağlanıb.


Sizin reklam burada
Sizin reklam burada