İran danışıqların tamamlanmasına fokuslanıb

İran danışıqların tamamlanmasına fokuslanıb
15:44

“Ölkə hazırda danışıqların tamamlanmasına fokuslanıb”.

News365.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

O bildirib ki, İran diplomatiyaya üstünlük verir, lakin ABŞ-nin təzyiq və maksimalist tələblərini qəbul etmir.

Xətibzadə ABŞ-nin bəyanatlarının ziddiyyətli olduğunu və əgər müharibə baş verərsə, İranın buna çox sərt cavab verəcəyini qeyd edib.

Rəsmi həmçinin vurğulayıb ki, İran beynəlxalq hüquqa sadiqdir, lakin öz hüquqlarından geri çəkilməyəcək.


Sizin reklam burada
Sizin reklam burada