İran danışıqlar yolu ilə həllə hazırdır - Əraqçi

İran danışıqlar yolu ilə həllə hazırdır - Əraqçi
14:14

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

News365.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib.

Əraqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.


Sizin reklam burada
Sizin reklam burada